
Qazaxıstanın Prezidenti bildirib ki, Tokayev bildirib ki, ölkədə superprezidentlik idarəetmə forması bitir.
Modern.az xarici KİV-ə istinad edərək xəbər verir ki, yeni Konstitusiya layihəsində əksini tapan normalar Qazaxıstanın siyasi sisteminin inkişafının ardıcıllığını və məntiqini “Güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət” konsepsiyası əsasında möhkəmləndirir:
“Son illərdə aparılan siyasi islahatlara ümumi baxış göstərir ki, Qazaxıstan superprezidentlik idarəetmə formasına birdəfəlik vida edir və nüfuzlu, təsirli parlamenti olan prezidentlik respublikasına keçir”, – Tokayev deyib.

