Kinematoqrafiya sahəsinə yeni anlayışlar gətirilir

Baş səhifə

Bakı. Trend:

Kinematoqrafiya sahəsində bir sıra yeni anlayışlar
müəyyənləşdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.




Bildirilib ki, aşağıdakı yeni anlayışların qanuna əlavə edilməsi
hüquqi qeyri-müəyyənliyi aradan qaldıracaq, normanın tətbiqində
vahid yanaşmanı təmin edəcək:

  • milli film – xarici film hesab
    edilməyən və bu qanunda göstərilən tələblərə cavab verən film;
  • xarici film – bütövlükdə xarici
    prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
  • birgə istehsal filmi – yerli və
    xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab
    edilməyən film;
  • film istehsalı – film çəkilişinə
    hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması
    mərhələlərini özündə əhatə edən proses;
  • film çəkilişinə hazırlıq – filmin
    ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin
    yazılması və film çəkilişi məqsədilə digər inzibati və texniki
    məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
  • film çəkilişi – filmin bilavasitə
    kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən
    fəaliyyətləri əhatə edən proses;
  • filmin çəkilişinin tamamlanması
    çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng
    işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən
    proses;
  • yerli prodüser – Azərbaycan
    Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada
    Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs
    olan prodüser;
  • xarici prodüser – əcnəbi və ya
    vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan
    prodüser;

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir