Bakı. Trend:
Carlsberg Azerbaijan 2025-ci il ərzində ölkə
iqtisadiyyatına verdiyi töhfəni daha da artırıb. Belə ki, Şirkət
ötən il dövlət büdcəsinə ümumilikdə 38,7 milyon manatdan artıq
vergi və rüsüm ödənişi həyata keçirib.
Bir sıra xarici və bazar amillərinin təsirinə baxmayaraq, Şirkət
2025-ci ildə müsbət inkişaf dinamikası nümayiş etdirmiş və satış
həcmlərini 2024-cü illə müqayisədə 2,4% artıb.
Müasir ticarət kanalında (pərakəndə satış şəbəkələri) satışlar
bazarda mövqelərin gücləndirilməsi, kommersiya proseslərinin
standartlaşdırılması və milli pərakəndə satış şəbəkələri ilə
tərəfdaşlıq təşəbbüslərinin inkişafı nəticəsində
11,1% artıb. HоReCa kanalında (otel, restoran və
kafelər) satış həcmləri premium brendlər portfelinin
genişləndirilməsi, satış fəaliyyətinin intensivləşdirilməsi və “Xırdalan” brendinin bazar mövqeyinin gücləndirilməsi hesabına
4,6% artıb. DIOT kanalında (pərakəndə satış
məntəqələrində çəllək pivəsi) satışlar aktiv müştəri bazasının
genişlənməsi nəticəsində 2024-cü illə müqayisədə
45,2% artıb. Eyni zamanda, ənənəvi ticarət
kanalında (kiçik pərakəndə satış məntəqələri) satış həcmləri ötən
illə müqayisədə 7,2% azalıb ki, bu da istehlakçı
davranışının daha müasir satış formatlarına yönəlməsi və bazarda
struktur dəyişiklikləri ilə əlaqələndirilir.
2025-ci ildə Carlsberg Azerbaijan məhsullarının Gürcüstana
ixrac həcmi isə yüksək artım tempi nümayiş etdirib
və 2024-cü illə müqayisədə 70% artıb.
Brend portfeli davamlı inkişafdadır və uğurlu
tərəfdaşlıqlar davam edir
2025-ci ildə Carlsberg Azerbaijan brend portfelinin davamlı
inkişafını təmin etməklə bazardakı mövqeyini möhkəmləndirib, hər
bir brend öz seqmentində artımın mühüm hərəkətverici qüvvəsi
olub.
Aparıcı brend olan “Xırdalan“ın 2024-cü il ilə
müqayisədə satış həcmlərində 10% artım qeydə
alınıb, bazardakı lider mövqeyini bir daha təsdiqləyib.
“Xırdalan Premium Draft” məhsulu 2025-ci ildə
Brüsseldə Beynəlxalq Dad İnstitutu tərəfindən təqdim olunan “Superior Taste Award” beynəlxalq mükafatını qazanması və ilin
sonunda məhdud buraxılış olan “Xırdalan Winter
Edition” seriyası premium seqmentin güclənməsini təmin
edib. “Xırdalan 0.0” öz əhatə dairəsini Bakı
İnvestisiya Günü, Bakı Marafonu, Azərbaycan Media Liqası ilə həyata
keçirilən və AFFA ilə davam edən strateji tərəfdaşlıqlar vasitəsilə
genişləndirib.
“Carlsberg” premium brendi, CineMastercard
kinoteatrlarında (Dəniz Mall və Gənclik Mall) təqdim etdiyi
Carlsberg zalları və digər genişmiqyaslı brend aktivasiya
tədbirləri sayəsində satış həcmini 22,2%
artırıb.
“Blanc 1664” brendi isə 2025-ci il ərzində
satış həcmlərini 2024-cü illə müqaisədə 15,2%
artırıb. Bu nəticə bir sıra məqsədyönlü kommunikasiya və brend
imicini möhkəmləndirən tədbirlərlə dəstəklənib: bunlara “Stock In
Stock Out” ilə birgə eksklüziv kapsul kolleksiyasının təqdimatı,
Bakı Moda Həftəsi və Piano Festivalının rəsmi sponsoru kimi iştirak
daxildir.
“Tuborg” yenidən beynəlxalq “DREAM FEST”
layihəsinin rəsmi tərəfdaşı olub, böyük ulduzların iştirakı ilə
keçirilən tədbirlərdə fərqlənib və 2024-cü illə müqayisədə
16,8% artım nümayiş etdirib.
Carlsberg Azerbaijan Grimbergen abbatlığında yaranmış,
pivəbişirmə sahəsində 900 ildən çox tarixə malik premium brend olan
Belçika pivəsi “Grimbergen“i “Blonde” və “Blanche” olmaqla iki
çeşiddə Azərbaycan bazarına təqdim edib.
“Carlsberg Azerbaijan komandasına yenicə qoşulmağıma
baxmayaraq əminliklə deyə bilərəm ki, Şirkət 2025-ci ili güclü
biznes göstəriciləri və əhəmiyyətli strateji nailiyyətlərlə
tamamlayıb.

İlin əsas hadisəsi tərəfdaşlarımızla birgə İmişlidə
“Promalt” pivəlik arpa emalı zavodunun açılışı oldu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən
açılış mərasimində iştirak etmək bizim üçün böyük şərəf
idi.
Növbəti illərdə mənim əsas fokusum əldə edilmiş nəticələrdən
irəli gələrək biznesin davamlı inkişafını təmin etmək, keyfiyyət,
innovasiya və lokallaşdırmaya əlavə investisiyalar yatırmaq,
həmçinin dövlət və sənaye tərəfdaşları ilə əməkdaşlığı
möhkəmləndirərək həm Şirkətin, həm də ölkə iqtisadiyyatının
dayanıqlı böyüməsini dəstəkləmək olacaq,” – Krasimir
Lazarov, Carlsberg Azerbaijan-ın Baş direktoru qeyd
edib.
Dayanıqlı inkişaf üçün “Birlikdə SIFIRA doğru və daha
İrəli”
Carlsberg Group-un “Birlikdə SIFIRA doğru və daha İrəli” qlobal
dayanıqlılıq strategiyasının bir hissəsi olaraq, Şirkət ekoloji
cəhətdən dayanıqlı texnologiyaların tətbiqinə istiqamətlənmiş
təşəbbüslər, resursların səmərəli istifadəsi və yerli icmaların
inkişafının dəstəklənməsi üzrə təşəbbüsləri davamlı şəkildə icra
edir.
Son beş il ərzində (2021–2025) Carlsberg Azerbaijan su
istehlakını 9%, istilik istehlakını
11% və CO₂ emissiyasını 9%
azaldıb.
Bundan əlavə, 2025-ci il ərzində Şirkət “Xəzəri Qoruyaq!”
ekoloji layihəsini fəal şəkildə dəstəkləyərək, Lənkəran, Astara,
Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Sumqayıt və Bakı sahillərində
təmizlik tədbirləri təşkil edib. Təşəbbüs çərçivəsində 23
hektardan çox ərazidə 5 tondan artıq tullantı toplanıb və
təkrar emal edilib.
Xatırladaq ki, “Carlsberg Azerbaijan”ın pivə zavodu Bakı
şəhərindən 10 kilometr məsafədə, Xırdalanda yerləşir. Zavodun
istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən
250 nəfər işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar,
pərakəndə satış, otel biznesi) 3000-dən çox iş yeri təmin edilir.
Zavodun inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyon
manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Blanc 1664”, “Grimbergen” və “Əfsanə” kimi brendlər daxildir.

