Paytaxtda oğurladıqları bank kartı ilə alış-veriş edən şəxslər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
Naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5000 ABŞ
dolları oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli
törətməkdə şübhəli bilinən 23 yaşlı Q. Abbasova və 20 yaşlı Ş.
Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar
zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi
vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində
məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir