Netanyahu Vaşinqtona yollanır – Trampla İranı müzakirə edəcək

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald
Trampla danışıqlar üçün Vaşinqtona yola düşüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

O, Ben Qurion aeroportunda jurnalistlərə verdiyi açıqlamada
Trampla görüşdə Qəzza məsələsi ilə yanaşı İranla bağlı danışıqlar
prosesinin müzakirə olunacağının anonsunu verib.




“Bu səfər zamanı bir sıra məsələləri müzakirə edəcəyik: Qəzza,
regiondakı vəziyyət, lakin ilk növbədə İranla danışıqları. Mən
prezident Trampa bu danışıqların aparılması prinsipləri ilə bağlı
bizim baxışımızı, mühüm prinsipləri təqdim edəcəyəm. Mənim
fikrimcə, onlar təkcə İsrail üçün deyil, Yaxın Şərqdə sülh və
təhlükəsizlik istəyən bütün dünya üçün vacibdir”, – deyə İsrailin
Baş naziri bildirib.

Qeyd edək ki, fevralın 6-da Omanda İranın nüvə proqramı ilə
bağlı böhranın nizamlanması üzrə İran və ABŞ arasında danışıqların
növbəti raundu keçirilib. İran nümayəndə heyətinə xarici işlər
naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezident Donald
Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir