Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə
büdcəyə 17,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən
ilin eyni dövrünə nisbətən 7,3 faiz və ya 1,2 milyon manat
çoxdur.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon
manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu
sektordan vergi daxilolmaları 2,5 milyon manat və ya 22,3 faiz
artıb.




Ödənilən vergilərin 77,8 faizi qeyri-dövlət sektorunun, 22,2
faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar
Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən
ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 235,9 min manat
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir