Sığorta sektorunun dayanıqlı inkişafı üzrə prioritetləri müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda sığorta sektorunun dayanıqlı inkişafı üzrə
prioritetləri müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov “X” hesabında paylaşım edib.

“Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə cari ilin
ilk görüşünü keçirdik.

Görüş zamanı sığorta sektorunun 2025-ci il üzrə fəaliyyətinin
yekunları, yaxın və orta müddətli inkişaf perspektivləri, eləcə də
sektorun dayanıqlı inkişafı üzrə prioritetlərini müzakirə
etdik.




Görüşdə həmçinin sığorta sektoru üzrə korporativ idarəetmənin
gücləndirilməsi, risk əsaslı prudensial tənzimləmə, eləcə də icbari
və könüllü sığorta növlərinin təkmilləşdirilməsi üzrə həyata
keçirilən layihələr istiqamətində geniş fikir mübadiləsi apardıq”,
– paylaşımda vurğulanıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin
xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici
2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat
və ya 22,3% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir