
Bakı. Trend:
30 iyunadək 3 illik XalqKart
Petrol və
XalqKart Cashback kartları müştərilərə pulsuz təqdim ediləcək. “Xalq Bank”ın təqdim etdiyi “XalqKart” müxtəlif loyallıq
imkanlarını özündə birləşdirir. “XalqKart Petrol” kartı ilə
müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız
ödənişlərdən 3 % bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş “Azpetrol” YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. “XalqKart
Cashback” kartı isə nağdsız əməliyyatlardan 2 % keşbek qazandıran
ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər
bunlardır:
– AZN qalığına illik 8 % əlavə gəlir;
– ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız
köçürmə;
– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
– onlayn sifariş və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek/petrol
qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı
məhduddur.
“XalqKartı” bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/
səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı
ərazisində çatdırılma pulsuzdur.
“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.

