Filippində vulkan aktivliyi səbəbindən 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb

Baş səhifə

Bakı. Trend:

Filippində davam edən Mayon vulkanının aktivləşməsi səbəbindən
azı 32 yaşayış məntəqəsi kül təbəqəsi ilə örtülüb.

Trend xarici KİV-ə
isitnadən xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və
Seysmologiya İnstitutu məlumat yayıb.




Məlumata görə, bir sıra yaşayış məntəqələrində piroklastik
axınlar (qızmış qaz, kül və daş qarışıqları) müşahidə olunur.
Mütəxəssislər kükürd dioksidinin səviyyəsinin artdığını qeydə
alıblar ki, bu da vulkanın altında maqmanın hərəkət etdiyini
göstərir. Bundan əlavə, fevral ayının əvvəlindən indiyədək təxminən
470 daş uçqunu hadisəsi qeydə alınıb.

Hündürlüyü təxminən 2,5 min metr olan Mayon vulkanı
respublikanın ən böyük adası olan Lusonda yerləşir və konusvari
forması ilə məşhur turistik obyekt sayılır. O, Filippindəki ən
aktiv vulkan hesab olunur. Ən fəlakətli nəticələrə 1814-cü ildə baş
verən püskürmə səbəb olub. Həmin püskürmə nəticəsində təxminən 1200
nəfər həlak olub, bir şəhər isə lava altında qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir