Nepalda avtobusun çaya düşməsi nəticəsində azı 12 nəfər ölüb

Baş səhifə

Nepalda avtobusun çaya düşməsi nəticəsində ən azı 12 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “The Himalayan Times” məlumat yayıb.

Məlumata görə, Rameçhap bölgəsində sərnişin avtobusu 50 metr hündürlükdən Tamakoşi çayına düşüb.

Məlumata görə, xilasedicilər çaydan altı meyit çıxarıblar.

Xəstəxanaya aparılan altı yaralının da həyatını xilas etmək mümkün olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir