
ABŞ Vitse-prezidenti Vance-ı Yerevanda aksiyalarla qarşılayıblar
Fevralın 9-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti JD Vance-ı Yerevanda aksyalarla qarşılayıblar.
Yerevandakı ABŞ səfirliyinin, Prezident iqamətgahı önündə keçilən aksiyalarda vitse-prezident Vensdən Ermənistan hökuməti tərəfindən erməni apostol kilsəsi ruhanilərin təqib olunmasına son qoymaq, Ermənistanda siyasi məhbusların azad edilməsi məsələlərinin həllində yardım göstərməyi xahiş ediblər.
Ermənistan hökuməti ölkədə siyasi məhbus olmadığını deyir.
Aksiya iştirakçıları Vensin Bakıda saxlanan, onların təbirincə, əsir və girovların azad edilməsinə, ikinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin axtarışına başlanmasına yardım göstərməsini də istəyirlər.
Rəsmi Bakı Azərbaycanda hər hansı erməni əsir və girov olmadığını bəyan edib. Bakı həbs edilmiş erməni əsilli şəxslərin konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğunu bildirir

