
Bakı. Trend:
“Real”ın müdafiəçisi Eder Militao karyerasını İngiltərə Premyer
Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” braziliyalı
futbolçunu transfer etmək istəyir.
“Qırmızı şeytanlar” Militaonu yayda heyətinə qatmağı
planlaşdırır. “Mançester Yunayted” 28 yaşlı mərkəz müdafiəçisi üçün “kral klubu”na 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, “Real” Eder Militaonu 2019-cu ilin yayında “Portu”dan 50 milyon avroya transfer edib. Braziliya millisinin
üzvü bu mövsüm Madrid təmsilçisinin heyətndə meydana çıxdığı 16
rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

