
Bakı. Trend:
Rusiyada “Roskomnadzor” (Rusiya Federasiyasının Rabitə,
İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsində
Nəzarət üzrə Federal Xidməti) ölkədə “Telegram” messencerinin
fəaliyyətinin məhdudlaşdırıldığını təsdiqləyib.
Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, Rusiya qanunvericiliyi ilə bağlı pozuntular
aradan qaldırılanadək xidmətin fəaliyyəti bərpa olunmayacaq.
““Telegram”da hələ də şəxsi məlumatlar lazımi şəkildə qorunmur,
fırıldaqçılığa qarşı real tədbirlər görülmür, həmçinin messencerin
cinayət və terror məqsədləri üçün istifadəsinin qarşısının alınması
istiqamətində effektiv mexanizmlər mövcud deyil”, – deyə açıqlamada
qeyd olunub.

