Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın
13-də keçiriləcək.

Trend xəbər
verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən
orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar
haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

4. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji
yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).




5. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar
və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

6. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

10. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir