
Bakı. Trend:
Dünyanın ən sürətlə qocalan ölkələrindən sayılan Cənubi Koreyada
həkim çatışmazlığı ilə bağlı artan narahatlıqlar fonunda hökumət
2027–2031-ci illərdə tibb fakültələrinə qəbul sayını əhəmiyyətli
dərəcədə artırmağı planlaşdırır.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Səhiyyə naziri Con In Kyonq bildirib ki, tibb fakültələrinə
illik qəbul kvotası hazırkı 3 058 nəfərdən 2027-ci ildə 3 548
nəfərə çatdırılacaq.
Sonrakı illərdə isə mərhələli şəkildə artırılaraq 2031-ci ildə 3
871 nəfərə yüksəldiləcək.

