Yaxın günlərdə Bakıda Azərbaycan-İran birgə dövlət komissiyasının iclası keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclası
bütün sadalanan əməkdaşlıq istiqamətlərinin daha da genişlənməsinə
və mövcud layihələrin icrasına müsbət töhfə verəcəkdir.

Trend-in
məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin
Mustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci
illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın
inkişafından bəhs edərkən iqtisadi, ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini vurğulamaq
yerinə düşər.

Mustafayev deyib ki, Prezidentlərin tapşırıqlarının icrası
çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində — xüsusilə də
nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və digər
istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir.

“Bu layihələrdən bəziləri hazırda icra mərhələsində, bəziləri
tamamlanmaq üzrədir və bəziləri artıq icrası başa çataraq
istifadəyə verilib. Prezident Məsud Pezeşkianın rəsmi səfəri
çərçivəsində keçirilmiş Azərbaycan-İran biznes forumunda
Prezidentlərin iştirakı hər iki ölkənin bu sahəyə verdiyi böyük
əhəmiyyəti açıq şəkildə əks etdirir. Nəqliyyat-logistika sahəsində
əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji
istiqamətlərindən biridir,” — deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir