Şamaxıda yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub

Baş səhifə

Şamaxıda avtomobilin ağaca çırpılması nəticəsində sərnişinlərdən biri ölüb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır bədən xəsarətləri alıb və o xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir