Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və ABŞ hökumətləri iqtisadi artımı gücləndirmək və
ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığa
başlayır.

Trend xəbər verir ki, bu
məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da
da öz əksini tapıb.

Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını,
rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq
etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D)
platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik
təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji
istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların
gücləndirilməsini dəstəkləyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir