Azərbaycan energetika sahəsində ABŞ-ın etibarlı tərəfdaşı kimi tanınıb

Baş səhifə

Bakı. Trend:

ABŞ regionun enerji təhlükəsizliyinin təmin olunmasında
Azərbaycanın etibarlı tərəfdaş kimi strateji rolunu qeyd edib.

Trend xəbər verir ki, bu,
xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının
mətnində öz əksini tapıb.

“Sənəddə deyilir ki, enerji təhlükəsizliyində etibarlı tərəfdaş
kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini tanıyaraq,
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları neft, qaz və
elektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığını
genişləndirmək niyyətindədir.”

Tərəflər interkonnektorlar üzrə birgə layihələr, tədarük
marşrutlarının şaxələndirilməsi və mülki nüvə energetikası
sahəsində əməkdaşlığın dərinləşdirilməsini planlaşdırırlar.

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası
fevralın 10-da Bakıda imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham
Əliyev və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir