
Bakı. Trend:
ABŞ hakimiyyəti quru yolları ilə həyata keçirilən narkotik
qaçaqmalçılığına qarşı mübarizəyə start vermək niyyətindədir.
Trend xəbər verir ki, bu
barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
“Dəniz üzərindən narkotik qaçaqmalçılığı ciddi şəkildə
azaldılıb. Gəmilərə qarşı görülən tədbirlər nəticə verib. İndi isə
diqqətimizi quru əməliyyatlarına yönəldəcəyik. Əvvəl dəniz yolunu
nəzarətə götürməli idik, çünki əks halda qaçaqmalçılar dərhal
marşrutlarını dəyişərək gəmilərə yönələcəkdilər. İndi onların bu
imkanları məhdudlaşıb və biz quru istiqamətində əməliyyatlara
başlayacağıq”, – deyə Tramp qeyd edib.

