Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsini dəstəkləmədiyini deyib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp İordan çayının qərb sahilinin İsrailə ilhaqını dəstəkləmədiyini deyib.

APA xəbər verir ki, Tramp bu barədə “Axios”a müsahibəsi zamanı danışıb.

“Mən ilhaqı dəstəkləmirəm. Hazırda düşünməli olduğumuz kifayət qədər məsələ var. Qərb sahili ilə məşğul olmağa ehtiyacımız yoxdur”, – Tramp deyib.

Qeyd edək ki, Tramp əvvəllər Qəzzada atəşkəs prosesinin işləməsi üçün müsəlman ölkələrinə İordan çayının qərb sahilinin ilhaq edilməyəcəyinə dair zəmanət verdiyini bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir