“Milan” “Arsenal”ın hücumçusunu transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Arsenal”ın hücumçusu Qabriel Jezus “Milan”ın diqqət
mərkəzindədir.

Trend
“Tuttosport”a istinadən məlumatına görə, hücumçu Santyaqo Ximenesin
klubdan ayrılacağı gözlənildiyi üçün “rossonerilər” bu yay
hücumlarını gücləndirməyə çalışırlar.




Mənbənin məlumatına görə, braziliyalı futbolçu İtaliya klubunun
transfer siyahısındakı əsas namizədlərdən biridir.

Bu mövsüm Jezus bütün yarışlarda 16 oyunda meydana çıxıb, dörd
qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı
müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı
məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir