AMB sərhədlərarası QR ödənişləri üçün beynəlxalq ani ödəniş sistemləri ilə inteqrasiyanı araşdırır (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Gələcək mərhələlər üzrə QR ödənişlərinin yalnız daxili bazarla
məhdudlaşmaması, digər ölkələrin Ani Ödənişlərin Sistemləri ilə
potensial qarşılıqlı əlaqələndirmə modelləri vasitəsilə
sərhədlərarası QR ödənişlərinin mümkünlüyünün araşdırılması
nəzərdən keçirilir və bu istiqamətdə beynəlxalq təcrübələr
öyrənilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi
Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, ölkədə QR ödənişlərinin tətbiqi və istifadəsi
mərhələli şəkildə genişlənməkdədir və bu proses Mərkəzi Bank
tərəfindən Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilir: “Hazırkı mərhələdə AZQR standartı üzrə banklar tərəfindən texniki
inteqrasiyalar aparılmış, müvafiq funksionallıqlar POS
terminallarda, mobil bankçılıq tətbiqlərində mərhələli şəkildə
istifadəyə verilərək ekosistemin genişləndirilməsi istiqamətində
işlər davam etdirilir. Bu yanaşma QR əsaslı ödənişlərin vahid
standart üzrə həyata keçirilməsini təmin etməyə, nəticə etibarilə
QR ödənişlərində istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət
edir. Vahid standart sayəsində istifadəçilər istənilən mobil
bankçılıq tətbiqi vasitəsilə istənilən AZQR kodunu skan edərək
ödəniş edə bilirlər. Eyni zamanda, bu yanaşma bazarda vahid texniki
çərçivə formalaşdırmaqla, təsərrüfat subyektləri üçün xərclərinin
optimallaşmasına da müsbət təsir göstərir”.




Vurğulanıb ki, bu istiqamətdə mövcud irəliləyiş müsbət
qiymətləndirilir və əsas fokus AZQR ödənişlərinin gündəlik
pərakəndə ödənişlərdə istifadəsinin artırılması, istifadəçi
təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirakçı bankların
funksional uyğunluğunun təmin olunmasıdır.

Əlavə edilib ki, bu məqsədlə həm texniki, həm də istifadəçi
təcrübələri səviyyəsində təhlil işləri aparılır.

Qeyd edək ki, ötən ilin dekabr ayı ərzində ölkədaxili nağdsız
əməliyyatların həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 19%
artıb. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata
keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 milyon manat
təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 milyon
manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 milyon
manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət
terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin
əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların
həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir