Süni İntellekt Strategiyası çərçivəsində idarəetmə mexanizmləri formalaşdırılır

Baş səhifə

Azərbaycanda süni intellekt texnologiyası ölkəmizdə rəqəmsal ekosistemin ayrılmaz hissəsidir.

APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda deyib.

O qeyd edib ki, bu sahə ölkədə strateji istiqamət kimi müəyyən edilib: “Ötən il ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası qəbul edilmişdir. Bu strategiya çərçivəsində idarəetmə mexanizmləri formalaşdırılır və dövlət–özəl sektor əməkdaşlığı genişləndirilir.

Ötən ildən etibarən ölkəmizdə Süni İntellekt akademiyası, Milli Süni İntellekt Mərkəzi fəaliyyətə başlayıb, həmçinin hüquqi aktlar üzrə süni intellekt dəstəkli axtarış və təhlil imkanları yaradan “E-qanun.ai” platforması yaradılaraq istismara verilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir