
Bakı.Trend:
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər
saxlanılıb.
Trend-in
məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz
dövriyyəsində şübhəli bilinən Əli Seyidzadə, Zamin Məmmədov, Qoşqar
Əliyev, Bəxtiyar İsmayılzadə, Natiq Şahmurov, Ələddin Novruzəliyev
və Üzeyir Novruzzadə saxlanılıblar.
Adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və
marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar
aparılır.

