
Bakı.Trend:
İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb.
Trend xəbər
verir kİ, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz
döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və
tanışı N.İsaxanova saxlanılıblar.
Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana
aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış
olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı
tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində
həbs qətimkan tədbiri seçilib.

