Metropolitendə yeni iş yerləri açılır – Ştatlar

Baş səhifə

Bakı. Trend:

Metropoliten sahəsinə aid olan fəhlə peşələrinin siyahısı
genişləndirilib.

Trend-in
məlumatına görə, markşeyder işlərində dağ-mədən fəhləsi, nəzarət
vaqonunun tənzimləyicisi, rezin məmulatların təmirçisi və yol
nəzarətçisi peşələri də siyahıya əlavə edilib.

Markşeyder işlərində dağ-mədən fəhləsi (3-cü
dərəcə)

İşin xüsusiyyəti: Yeraltı və açıq dağ-mədən işlərində plana alma
(çəkiliş) və ölçmə işlərinin icrası üçün ölçü cihazlarının,
geodeziya alətlərinin quraşdırılması, geodeziya nişanlarının
qoyulması, dirəklərin, ştativlərin quraşdırılması. Alətlərin
daşınması, cihazların silinməsi və təmizlənməsi. Ölçü
materiallarının emalında iştirak edilməsi. Reperlərin
bərkidilməsi.

Bilməlidir: geodeziya, markşeyder və digər ölçmə alətlərinin
işləmə və onlara qulluq qaydalarını, relyef haqqında əsas
anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə
qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası
qaydalarını.

Markşeyder işlərində dağ-mədən fəhləsi (4-cü
dərəcə)

İşin xüsusiyyəti: Qazma konturlarının müəyyən edilməsi,
nivelirləmə, mədən səthi obyektlərin, tunellərin tikintisi zamanı
markşeyderin rəhbərliyi altında teodolit, nivelir və sair ölçmə
cihazlarından istifadə edərək ölçmə işlərinin yerinə yetirilməsi.
Geodeziya ölçülərinin eskizinin hazırlanması, dizaynı. Tunellərdə
yol nişanlarının quraşdırılması, geodeziya piketlərinin
qoyulması.

Bilməlidir: geodeziya, markşeyder və digər ölçmə alətlərinin
işləmə və onlara qulluq qaydalarını, geodeziya nişanlarının
quraşdırılmasını, ölçmə və nivelirləmə aparılmasının əsas
üsullarını və qaydasını, relyef haqqında əsas anlayışları, işlərin
təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi
və təhlükəsizilik texnikası qaydalarını.

Nəzarət vaqonunun tənzimləyicisi (6-cı
dərəcə)

İşin xüsusiyyəti: Fasiləsiz iş rejimini təmin etmək üçün
vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların,
defektoskop vaqonların müxtəlif qurğularının, maşın və
mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi
və sazlanması. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və
qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten
yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə
götürülməsi.

Bilməlidir: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin
kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun
yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi
qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini,
xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma
qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan
qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Nəzarət vaqonunun tənzimləyicisi (7-ci
dərəcə)

İşin xüsusiyyəti: Fasiləsiz iş rejimini təmin etmək üçün
vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların,
defektoskop vaqonların müxtəlif qurğularının, maşın və
mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının
tənzimlənməsi, sazlanması, texniki xidmət və təmiri. Nəzarət-ölçü
vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və
mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların
aşkar olunması və nəzarətə götürülməsi. İstismar prosesində yaranan
çatışmazlıqların aradan qaldırılması və işin düzgünlüyünə nəzarət
edilməsi.




Bilməlidir: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin
kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun
yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi
qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini,
xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma
qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan
qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Rezin məmulatların təmirçisi (5-ci
dərəcə)

İşin xüsusiyyəti: İstismarda olan avtomobil parklarında,
qazanlarda, avtokameralarda rezin məmulatların təmiri və
yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə
qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə
avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin
keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda
avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların,
travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və
montajında iştirak edilməsi.

Bilməlidir: rezin məmulatlarda olan qüsurların aradan
qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının
tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların
vulkanizasiyası və yandırılması proseslərinin aparılması
qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Rezin məmulatların təmirçisi (6-cı
dərəcə)

İşin xüsusiyyəti: İstismarda olan eskalator və travolatorların
rezin sürahilərinin, avtomobil parklarında, qazanlarda,
avtokameralarda rezin məmulatların təmirinin və yenilənməsinin
həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət
göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz
vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə
yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların,
dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya
onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi.

Bilməlidir: rezin məmulatlarda olan qüsurların aradan
qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının
tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların
vulkanizasiyası və yandırılması proseslərinin aparılması
qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası,
sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Yol nəzarətçisi (2-ci dərəcə)

İşin xüsusiyyəti: Qulluq etdiyi sərhədlər daxilində yolun, təmas
relsinin, yoldəyişdirici qurğuların vəziyyətinə sistemli müşahidə
və nəzarətin həyata keçirilməsi. Yolda qatarların hərəkəti üçün
təhlükə yarada biləcək kənar əşyalar aşkar etdikdə onların əndazə
həddindən kənara çəkilməsi, hərəkət qatarından düşən əşyaların
sahənin böyük yol ustasına (yol ustasına) təhvil verilməsi. Tuneldə
və yerüstü sahələrdə ona təhkim olunmuş sahə daxilində yol
relslərinin, təmas relslərinin, yoldəyişdirici qurğuların saz
vəziyyətdə və təmiz saxlanması. Reper tumbalarının bütövlüyünün və
yol nişanlarının təmizliyinin yoxlanılması.

Bilməlidir: texniki istismar qaydalarını, qatarların hərəkəti və
manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı,
metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma)
qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin
texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını.

Yol nəzarətçisi (3-cü dərəcə)

İşin xüsusiyyəti: Qatarların hərəkət təhlükəsizliyinə maneə
yarada biləcək nöqsanların vaxtında aşkar edilməsi. Təsdiq edilmiş
cədvələ əməl etməklə yolun, təmas relsinin və yoldəyişdirici
qurğuların vəziyyətinin sistemli müşahidə edilməsi. Rels
qovuşuqlarının vəziyyətini, ara məsafələrinin norma daxilində
olmasını, yanlıqlarda çatın olub-olmamasını, boltların bərkliyinin
və elektrik birləşdiricilərinin bütövlüyünün yoxlanılması. Qaynaq
qovuşuqlarında çatın və ya sınığın və nişanlanmanın
olub-olmamasının yoxlanılması. Əksqaçıcıların, altlıqların,
kəfkirli millərin, bəndləyicilərin, ağac şpalların, gödək
şpalların, çevirici tirlərin və yol betonunun vəziyyətinin, təmas
relsində qovşaqların, örtüklərin bütövlüyünün və təmizliyinin
yoxlanılması.

Bilməlidir: texniki istismar qaydalarını, qatarların hərəkəti və
manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı,
metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma)
qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin
texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından
mühafizə norma və qaydalarını, metropolitenin təmas relsindən
gərginliyin çıxarılması və verilməsi qaydalarını.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir