
Bakı.Trend:
Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.
Naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarımı kuryer qismində
ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu
götürərək hadisə yerindən uzaqlaşıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama
cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov
müəyyən olunaraq saxlanılıb. Onun üzərindən narkotik vasitə
marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb.
M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də
anbaan lentə alınıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə
paytaxt sakininin “Vaz 2107” markalı avtomobilini qaçırmaqda
şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim
Məmmədov da saxlanılıb. Qeyd edək ki, İ.Məmmədov qaçırdığı
avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.
Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu
oğurladığı məlum olub.

