Türkiyənin tanınmış aktyoru vəfat edib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin tanınmış aktyoru Kanbolat Görkem Arslan 45 yaşında
vəfat edib.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, son olaraq “Qüds Fatehi Səlahaddin Əyyubi” adlı
serialda rol alan aktyor gecəyarısı Beyoğlundakı evində özünü pis
hiss edib. Həyat yoldaşının çağırışı ilə evə təcili tibbi yardım
gəlib. Arslan ilkin tibbi müdaxilədən sonra Taksim Tədris və
Araşdırma Xəstəxanasına aparılıb. Burada göstərilən bütün tibbi
müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün
olmayıb.




Hacettepe Universitetinin Dövlət Konservatoriyasının Teatr
bölməsində aktyorluq təhsili alan Arslan aktyorluq fəaliyyətinə
2004-cü ildə “Çemberimde Gül Oya” serialı ilə başlayıb.

1998-ci ildən etibarən teatr səhnələrində çıxış edən Arslan
“Daire”, “Yurt”, “Teslimiyet” kimi bədii filmlərdə, həmçinin
“Çemberimde Gül Oya”, “Yer Gök Aşk”, “Ezel”, “Poyraz Karayel”,
“Hayat Bazen Tatlıdır” kimi seriallarda rol alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir