
ABŞ prezidenti Donald Tramp İsveçrə baş naziri İqnasio Kassis ilə gərgin keçən telefon zəngi barədə danışıb.
Modern.az xəbər verir ki, Tramp İsveçrə üçün tarifin həmin danışıqdan sonra 30%-dən 39%-ə qaldırıldığını deyib.
“Mən tarif dərəcəini 30% olaraq təyin etdim ki, bu da çox aşağı göstəricidir. Sonra İsveçrə Baş nazirindən təcili zəng aldım və o, çox aqressiv idi. Onun tonunu o qədər də bəyənmədim, ona görə də onu azaltmaq əvəzinə, 39%-ə qaldırdım”, – Tramp deyib.

