
Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Ukraynanın bloka üzvlüyü prosesinin
sürətləndirilməsi ilə bağlı yeni planı Macarıstana müharibə elan
edilməsi anlamına gəlir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor
Orban “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, “Politico” Avropa İttifaqı və Ukraynanın
son hərbi planını – “Ukrayna lideri Volodimir Zelenskinin beş
bəndlik planını” dərc edib.
O əminliklə qeyd edir ki, Brüsseldə Kiyevin artıq 2027-ci ildə
Avropa İttifaqına qəbul olunacağı barədə qərar verilib.
“Bu yeni plan Macarıstana açıq müharibə elanıdır. Onlar Macar
xalqının qərarını nəzərə almır və hər hansı zəruri vasitələrlə
Macarıstan hökumətini devirmək əzmindədirlər”, – o yazıb.

