İran beynəlxalq qanunlar çərçivəsində nüvə proqramının sınanmasına hazırdır – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İran beynəlxalq qanunlar çərçivəsində özünün nüvə proqramının
doğruluğunun sınanmasına hazırdır.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11
fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi
ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, İran dəfələrlə nüvə silahı yaratmaq ardınca
olmadığını bəyan edib.

Pezeşkian bildirib ki, İran problemlərin diplomatiya
çərçivəsində həll olunmasına sadiqdir:




“İran Avrasiya İqtisadi İttifaqı, BRICS, Şanxay Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində strateji
sazişləri möhkələndirmək və müsəlman ölkələri ilə münasibətləri
gücləndirmək istiqamətini izləyir.

Yerli inkişaf və istehsalı inkişaf etdirmək regional bazarların
əldə olunmasından asılıdır”.

Qeyd edək ki, 6 fevralda İran və ABŞ arasında Omanın Məsqət
şəhərində İranın nüvə proqramı ilə əlaqədar danışıqlar aparılıb.
Tərəflər danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir