Günəşdə ardıcıl 3 güclü partlayış olub

Baş səhifə

Bakı. Trend:

Fevralın 11-də Günəşin aktiv sahəsində üç güclü alışma qeydə
alınıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika
İnstitutu məlumat yayıb.




“Fevralın 11-də Moskva vaxtı ilə saat 03:09-da (Bakı vaxtı ilə
04:09) rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N16W84) 24
dəqiqə davam edən M1.2 sinifli alışma qeydə alınıb… Saat 03:44-də
rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N19W87) 21 dəqiqə
davam edən M1.1 sinifli alışma qeydə alınıb… Saat 03:57-də
rentgen diapazonunda 4366 saylı ləkələr qrupunda (N17W87) 9 dəqiqə
davam edən M1.4 sinifli alışma qeydə alınıb”, – məlumatda qeyd
olunub.

Qeyd edək ki, 4366 saylı aktiv sahə yanvar-fevral aylarında
Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu
yeniləyib. Bu cür hadisələrin ümumi sayı 66-ya çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir