Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Baş səhifə

Bakı. Trend:

Rahat və çevik maliyyə həlləri təqdim edən Birbank,
müştərilərinə “Böl-ödə” krediti vasitəsilə məhsul və xidmətləri
hissə-hissə ödəmək imkanı yaradır.

“Böl-ödə” krediti ilə Birbank müştəriləri partnyor mağaza və
xidmət nöqtələrində bəyəndikləri məhsul və ya xidməti dərhal əldə
edərək, ödənişi hissə-hissə həyata keçirə bilərlər. Xidmətin əsas
üstünlüklərindən biri də alış-verişin birbaşa partnyor nöqtələrində
qısa zaman ərzində, tək şəxsiyyət vəsiqəsi ilə tamamlanmasıdır.
Həmçinin onlayn alış-veriş zamanı da müraciət prosesi rahat və
sürətli şəkildə həyata keçirilir.

“Böl-ödə” krediti 100 AZN-dən 15 000 AZN-ə qədər təklif olunur.
Məhsul və xidmətlərin ödənişini 2 aydan 35 aya qədər aylıq
hissələrlə həyata keçirmək mümkündür. Müxtəlif müddət seçimləri isə
Birbanklılara ödənişlərini öz büdcələrinə uyğun tənzimləməyə və
rahat şəkildə həyata keçirməyə şərait yaradır.




“Böl-ödə” kreditinin geniş partnyor ticarət və xidmət
nöqtələrinin siyahısı linkdə təqdim olunur: www.b-b.az/QUnmlb.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital
Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə
daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir