Xankəndidə qarın fəsadları aradan qaldırılır (FOTO)

Baş səhifə

Xankəndi.Trend:

Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması
istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, şəhərin əsas və daxili küçələri xüsusi texnika vasitəsilə
qardan təmizlənir, yol örtüyünə qum və duz səpilərək, nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkəti təmin olunur.




Komunal xidmətlər gücləndirilmiş iş rejiminə keçərək, fasiləsiz
fəaliyyət göstərir. Hazırda bütün əsas magistrallar və yaşayış
massivlərinə aparan yollar nəzarətdə saxlanılır, yaranan
çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər davam
etdirilir.

Sakinlərdən hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları və
müvafiq qurumların tövsiyələrinə əməl etmələri xahiş olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir