
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 303 milyon manatlıq avtomobil benzini və dizel
yanacağı satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 5,8% çoxdur.
Hesabat ayında avtomobil benzini və dizel yanacağı üzrə ticarət
dövriyyəsinin yekunda xüsusi çəkisi 5,7% təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin
yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları
üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

