
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 2,6 milyard manatlıq ərzaq məhsulları satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 1,2% çoxdur.
Hesabat ayında ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin
yekunda xüsusi çəkisi 49,1% təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin
yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları
üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

