
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 258,7 milyon manatlıq içkilər və tütün məmulatları
satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 2,5% çoxdur.
Hesabat ayında içkilər və tütün məmulatları üzrə ticarət
dövriyyəsinin yekunda xüsusi çəkisi 4,9% təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin
yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları
üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

