Azərbaycandakı kommersiya banklarının strateji hədəfləri müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən
kommersiya banklarının strateji hədəfləri, həmçinin tənzimləmə və
nəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlər
müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “Linkedln” sosial
şəbəkəsindəki hesabında paylaşım edib.




“Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən kommersiya banklarının
rəhbərləri ilə 2026-cı ilin ilk görüşünü keçirdik.

Görüş çərçivəsində bank sektorunun 2025-ci il üzrə fəaliyyətinin
yekunları, inkişaf perspektivləri, eləcə də maliyyə sabitliyinə
təsir göstərə biləcək əsas struktur və mövcud çağırışları müzakirə
etdik. Bu zaman sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyə
vasitəçiliyinin dərinləşdirilməsi və tənzimləmə çərçivəsinin
təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə
tutulan tədbirlərdən danışdıq.

Görüş zamanı cari il üzrə strateji hədəflər, həmçinin tənzimləmə və
nəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlər
ətrafında geniş fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir