Əhalinin əczaçılıq məhsulları xərci 26%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 141,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi
ləvazimatlar satılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 25,6% çoxdur.




Hesabat ayında əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə
ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,7% təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq, o cümlədən 2,9
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin
yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları
üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir