Cəlilabadda qarlı hava yol qəzalarına səbəb olub

Baş səhifə

Qarlı hava səbəbilə yeni Ələt–Astara magistralında, yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyat hadisələri baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, iri gövdəli ağacların yola aşması da problemlər yaradıb.

Hazırda aidiyyəti qurumlar yolların qardan təmizlənməsi, aşan ağacların yoldan götürülməsi və yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir