Ötən il Azərbaycanda kondensat hasilatı azalıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda 2025-ci ildə qaz kondensatı hasilatı 4,912 milyon
ton təşkil edib.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki
göstərici ilə müqayisədə 373 min ton və ya 7,1% azdır.

Hesabat ilində Azərbaycanda ümumi neft hasilatında kondensatın
payı 17,7%, neftin payı isə 82,3% (22,768 milyon ton) təşkil
edib.




Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Energetika
Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı
daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən 16,2
milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu
“Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu
isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton
neft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyon
tonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir