
Bakı. Trend:
Niderland Krallığı Senatının sabiq sədri Rene van der Linden
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub
ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri, hörmətli cənab Prezident,
Sizin liderliyiniz və yorulmaz səyləriniz Cənubi Qafqaz
regionunda sülhə, sabitliyə və barışığa mühüm töhfələr
vermişdir.
Buna görə də Siz və Ermənistanın Baş naziri nüfuzlu “Zayed İnsan
Qardaşlığı Mükafatı” ilə təltif olunmusunuz.
Mən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun
olaraq həllini dəstəkləmək üçün əlindən gələni edən bir şəxs kimi,
sülh yolunda mühüm səylərinizin və nailiyyətlərinizin yüksək
qiymətləndirilməsinə görə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu təltifin hər iki ölkənin xalqları üçün regionda mehriban
qonşuluq münasibətlərinin qurulması və davamlı inkişaf baxımından
bir təşviq olmasını arzulayıram”.

