Nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində qüsurlar olur – Zaur İsayev

Baş səhifə

Bakı. Trend:

Özəl nəşriyyatlar tərəfindən hazırlanan iş dəftərlərində müəyyən
qüsurlar olur.

Trend xəbər
verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin
direktoru Zaur İsayev canlı yayımda bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin Təhsil İnstutu
ilə hazırladığı iş dəftərlərindən istifadə etmək tövsiyyə
edilir:

“Təhsil İnstitutunun hazırladığı iş dəftərləri minimum ucuz
qiymətə satılır. Sadəcə çap qiymətinə satılır demək olar. İş
dəftərlərinden istifadə məcburi deyil, amma arzuolunandır”.




O həmçinin bildirib ki, dərsliklərlə bağlı bütün müəllimlər
elektron poçt ünvanı vasitəsilə rəy bildirə bilərlər:

“Həmin elektron poçt ünvanı vasitəsilə göndərilən rəylər həm
birbaşa dərslik müəllifinə, həm də Təhsil Nazirliyinə gedir. Elmlər
Akademiyasının dərsliklərlə bağlı rəy verilməsinə cəlb edilməsi
vacibdir.

Yeni kurrikulum təşkil edilmiş siniflərdə köhnə dərsliklərlə
tədris aparmaq mümkün deyil. Eyni zamanda, köhnə kurrikulum sistemi
ilə başlayan şagirdlərə yeni kurrikulumla yenilənmiş dərslikdən
istifadə etmək olmaz. Yəni, dərsliklərin yenilənməsi proqram
əsasında təşkil edilir. İndiki şagirdlərin valideynləri 20 il
bundan əvvəl məktəbdə oxuyanda yeganə bilik mənbəyi dərsliklər idi.
İndi dərsliklər yeganə bilik mənbəyi deyil”, o, əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir