
Fevralın 11-də “Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyanın himayəsilə yaradılan “Güclü Ermənistan” Partiyasının qurultayı keçirilib.
Modern.az xəbər verir ki, qurultayda partiyanın sədri və şurası seçilib. Samvel Karapetyan yekdilliklə partiya sədri seçilib.
Sabah İrəvandakı Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində partiyanın rəsmi təqdimatı keçiriləcək. Ermənistan mətbuatının məlumatına görə, bu təqdimat zamanı partiyanın baş nazirliyə namizədi açıqlanacaq.

