Azərbaycan və Serbiya Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalandı

Baş səhifə

Bakı.Trend:

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin
iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları”
keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən
görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və
inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq
doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci
il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin
implementasiyasından məmnunluq ifadə edilib.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya
Respublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçün
ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir