Özbəkistanda radioaktiv tullantıların saxlanma mərkəzi yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Özbəkistanda ölkənin Elmlər Akademiyasının Nüvə Fizikası
İnstitutu nəzdində Radioaktiv Tullantıların Saxlanma Mərkəzi
yaradılacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə hökumətin müvafiq sərəncamının
mətni ölkə qanunvericiliyinin milli məlumat bazasının saytında dərc
olunub.




Qeyd edilib ki, sənəd respublikada radioaktiv tullantıların
beynəlxalq standartlar əsasında basdırılmasının əlaqələndirilməsi
və ətraf mühitin radioaktiv çirklənmədən qorunması sisteminin daha
da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

Dövlət müəssisəsi respublikada tullantıların daşınması, qəbulu,
çeşidlənməsi və təhlükəsiz saxlanması üzrə xidmətlər göstərən
yeganə qurum olacaq. Qərara əsasən, mərkəzdə həmçinin elmi
tədqiqatlar aparılacaq və radioaktiv tullantılarla işlənmənin yeni
üsulları hazırlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir