Azərbaycanda hərbçi dəm qazından boğulub öldü

Baş səhifə

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.

Modern.az xəbər verir ki, o, Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirmiş.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir