
Bakı. Trend:
Yaxın aylarda “mygov biznes” sahibkarların istifadəsi üçün
təqdim ediləcək.
Trend xəbər
verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev bu gün Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid
fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
“Biz “mygov”u vətəndaş və dövlət-vətəndaş münasibətlərində necə
görürüksə, eyni yanaşmanı da dövlət və biznesə münasibətdə
sərgiləməkdəyik. Artıq bunun qanunvericilik bazası var və “mygov
biznes” yaxın aylarda bizim biznesin istifadəsi üçün təqdim
ediləcək. Həmin layihəni biz “EPAM” şirkəti ilə bir yerdə həyata
keçiririk və burada onların qarşısında qoyduğumuz tələb ondan
ibarətdir ki, bizim onlara şərti olaraq verdiyimiz 100 dollar
müqabilində onlar yerli podratı xarici 100 dollara uyğunlaşdıraraq
Azərbaycana gətirirlər. Bizim əməkdaşlarımız burada işlədikləri
layihələrlə yanaşı, eyni zamanda, xaricdə olan layihələrdə də
işləyib təcrübə qazanırlar. Buradan çıxışımızı biz necə görürük?
Əgər burada çalışan təxminən 1000 nəfər və yaxud 2000 nəfər adamdan
5-i, 10-u gedib startap yaratsa və o startap uğurlu olsa, istənilən
bir sahədə bu, faktiki olaraq, bizim sonda hədəflədiyimiz, həmin o
100 milyonun bir milyarda və yaxud bir neçə milyarda çatdırılması
istiqamətində atılmış əsas addımlardan biri olacaq.”, – deyə o
bildirib.

