
Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko
Rubio ilə Vaşinqtonda görüş zamanı ölkəsinin Sülh Şurasına üzvlüyü
ilə bağlı rəsmi sənədi imzalayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail
hökuməti məlumat yayıb.
Bildirilib ki, “Blair House”da keçirilən görüşdə tərəflər
ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Görüşdən sonra Netanyahu İsrail adından “Sülh Şurası”na üzvlük
sənədinə imza atıb.
Qeyd edək ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh
Şurası adlı beynəlxalq təşkilatın yaradılması barədə qərar
verdiyini elan edib və Azərbaycan Respublikasını bu təşkilatın
təsisçi dövləti olmağa dəvət edib.
Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının
Nizamnaməsi”nin (Board of Peace Charter) imzalanması mərasimi
keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları “Sülh
Şurasının Nizamnaməsi” sənədini imzalayıblar.

